24 yaşlı gənc intihar etdi: Son məktubu üzə çıxdı

24 yaşlı gənc intihar etdi: Son məktubu üzə çıxdı

Abşeron rayonu Saray qəsəbəsində 24 yaşlı gənc intihar edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə martın 7-si, saat 02:00 radələrində baş verib.

Belə ki, Rusiya vətəndaşı, 1998-ci il təvəllüdlü Şahbazov Vahid Yalçın oğlu yaşadığı Saray qəsəbəsindəki evdə özünü asaraq həyatına son qoyub.

Vahidin dostları deyir ki, intiharından bir gün öncə V.Şahbazov Moskvada yaşayan valideynlərinə mesaj yazaraq özünü öldürəcəyini bildirib.

Reklam şirkətində işləyən V.Şahbazov həyat yoldaşından ayrılıb, onun azyaşlı övladı var.

İntiharın səbəbi dəqiqləşdirilir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.