30 yaşlı kişinin balıq tutmaq istəyi faciəyə səbəb oldu
Tovuz rayonunda balıq ovu zamanı yerli sakini elektrik cərəyanı vurub.
“Report” xəbər verir ki, rayonun İsakənd kənd sakini, 1992-ci il təvəllüdlü Ceyhun Hüseynov elektrik cərəyanı ilə balıq tutan zaman ehtiyatsızlıq edib. Bu vaxt elektrik cərəyanı onu vurub.
C.Hüseynov ağır halda xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.