Amerikalı lotereyada 1,3 milyard dollardan çox udub

Amerikalı lotereyada 1,3 milyard dollardan çox udub

ABŞ-nin Men ştatının sakini lotereya bileti sayəsində cekpot qazanıb.

Amerikalı yanacaqdoldurma məntəqəsində lotereya bileti alıb və 1,348 milyard dolların sahibi olub.

Bu qələbə tarixdə ikinci ən böyük qələbə hesab olunur.

“Mega Millions” şirkəti bildirib ki, kişi bütün altı uduşlu nömrəni - ağ topları 30, 43, 45, 46, 61 və qızıl meqatopu 14-ü düzgün təxmin edə bilib.

Qalib uduşları dərhal nağd şəkildə almaq istəsə, o zaman o, vergilərdən əvvəl 723,5 milyon dollar alacaq. Yaxud həmin məbləğ otuz il ərzində mütənasib olaraq ödəniləcək.

Qeyd edək ki, rekord qalibiyyət 1,537 milyard dollar təşkil edən 2018 cekpotu olaraq qalır.

Mənbə: vesti.ru