Avropa İttifaqı Ermənistana 100 nəfərlik missiya göndərəcək

Avropa İttifaqı Ermənistana 100 nəfərlik missiya göndərəcək

Avropa İttifaqı Ermənistana 100 nəfərlik missiya göndərəcək.

Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

O qeyd edib ki, Aİ-nin 100 nümayəndəsi Ermənistanda çalışacaq. Missiyanın məqsədi Ermənistanın Azərbaycanla sərhəd bölgələrində sabitliyin təmin olunması və iki ölkə arasında münasibətlərin normallaşmasına töhfə verilməsi olacaq.

Missiyanın ilkin səlahiyyət müddəti 2 il nəzərdə tutulub və onun qərargahı Ermənistan ərazisində olacaq.

Mənbə: MK.ru