Avropa Konfrans Liqası: “Qarabağ” Bakıda tarixi oyuna çıxır

Avropa Konfrans Liqası: “Qarabağ” Bakıda tarixi oyuna çıxır

Bu gün “Qarabağ” Bakıda tarixi oyuna çıxacaq.

Dövlət Tv - nin xəbərinə görə, komandamız bu gün Avropa Konfrans Liqasının 1/16 final mərhələsi çərçivəsində Fransanın köklü klublarından olan “Marsel”i qəbul edəcək.

Çempionlar Liqasını qazanmış yeganə Fransa klubu olan “Marsel”lə matçda “Qarabağ” hücum futbolu nümayiş etdirməyə çalışacaq. Çünki komandamız Marseldə keçirilmiş ilk matçda 1:3 uduzub. Komandamız ən pis halda 2 top fərqi ilə qalib gəlməlidir ki, matçı əlavə vaxt və ya penaltilər seriyasına daşıya bilsin.

21:45 “Qarabağ” (Azərbaycan) – “Marsel” (Fransa)

Hakimlər: Bartoş Frankovski, Marçin Bonek, Yakub Vinkler, Kjıştof Yakubik (hamısı Polşa)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Oynamayacaqlar: Şahruddin Məhəmmədəliyev, Xayme Romero (hər ikisi “Qarabağ”), Luis Enrike (“Marsel”)

İlk oyun – 1:3