Avropa Liqasının final matçında “Roma” və “Sevilya” komandaları qarşılaşıblar.
Dovlet.tv xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçirilən qarşılaşmada əsas vaxt və əlavə vaxt 1:1 hesablı bərabərliklə başa çatıb.
Qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac yaranıb.
Bu zərbələrdə daha dəqiq oynayan “Sevilya” 4:1 hesablı qələbə qazanıb və kuboku əldə edib.