Avropada “Zeynəb” qasırğası: Ölənlərin sayı 16-ya çatdı

Avropada “Zeynəb” qasırğası: Ölənlərin sayı 16-ya çatdı

Son günlərdə Avropanın böyük bir hissəsində təsirli olan fırtına nəticəsində həyatını itirənlərin sayı 16-ya çatıb.

Alman mətbuatının “Zeynəb Fırtınası” adlandırdığı güclü qasırğa səbəbindən Aİ ölkələrinə milyonlarla avro dəyərində maddi ziyan dəyib.

Rəsmi məlumatlara görə, ölüm halları Belçika, Hollandiya, Almaniya və Polşada, həmçinin Böyük Britaniya və İrlandiya Respublikasında baş verib.

Həmçinin, köhnə qitədə milyonlarla ev işıqsız qalıb, nəqliyyatın hərəkəti iflic olub.

Mənbə: “Haber Global”