Azərbaycan müstəqilliyi əbədidir-Ramin Lətifov

Azərbaycan müstəqilliyi əbədidir-Ramin Lətifov

Azərbaycan Respublikası, uzun illər daxili müstəqilliyini itirmiş,xalq işgəncələrə məruz qalmışdır.
Türk dünyasına adını qızıl həriflərə həkk etmiş, Azərbaycan ordusu eyni əsrdə, iki dəfə müstəqilliyə imza atmış bir xalqıdır.
Demokratik Respublika olaraq ,1918-ci ildə Azərbaycan müstəqilliyə çıxdı.23 ay müstəqillik dönəmindən sonra , CCR tərəfindən uzun illər işgəncələrə məruz qaldı. Yetmiş il aslı vəziyyətdə yaşadı. Bu il ərzində xalqımıza dilini,dini mənsubiyyətlərini, adət-ənənələrini, tarixi keçidlərini, milli dəyərlərini unutdurmaq üçün şiddət tətbiq etmişdirlər.
Nəhayət 1991-ci ilin 18 oktyabr təqvimində SSR-hakimiyyətinin dağılması nəticəsində, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqilliyə addım atdı.
Müəyyən bir hissəsi Erməni faşistləri tərəfindən işğal olundu. 18 oktyabrın xalqın talehində mühim əzablı bir keçid oldu. Tarixi zəfər dönəmində dünyaya öz gücünü sübut edən,Azərbaycan ordusu ,dövlətimizin özünü müstəqil elan etdiyi dönəmdə, daxili gücü ,silah çatışmamazlığı cəhətdən zəif idi.
Bunu fürsət bilərək düşmən,tarixi torpaqlarımıza hücum etdi. Xalq çıxılmaz vəziyyətdə idi.İnsanlar öz elindən-obasından didərgin düşdü. Fəlakət qaçılmaz idi. Taki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə addım atana qədər. Onu yönəltiyi siyasət, xarici ölkələrə məst etməyə qadir idi. Yüksək düşüncələri və göstərişləri sayəsində ordu yenidən təkmil bir hala gətirildi. Düşmən ilə sərhəd yarandı. Xalq dirçəldi, köçkünlər yaşayış ilə təmin olundu, və ən əsası Azərbaycan əsl lider gördü.
Qısa sürən hakimiyyəti dövründə 2003-cü ildə vəfatı nəticəsində aramızdan ayrıldı. Buna baxmayaraq 10 ildə Azərbaycana 100 illər boyu unudulmayacaq izlər qoydu. Onu adı anıldıqda,nəyinki Azərbaycan xalqı, bütün türk xalqları ruhu qarşısında baş əyir.
Vəfatından sonra hakimiyyət, onun özü qədər müdrik olan, davamçısı Cənab İlham Əliyev hakimiyyətin zirvəsinə ucaldı.
30 illik vətən həsrətinə son qoyanda məhz bu şəxsiyyət oldu.
27.09.2020-10.10.2020-ci ildə,Qarabağ münaqişəsinə son qoyuldu .Bir vaxtlar ermənilər tərəfindən işğal edilən Azərbaycanın tarixini torpaqları, İlham Əliyevin yöntəmləri nəticəsində geri qaytarıldı. Xalqımız bu dahi şəxsiyyətə dərin bir təşəkkür borcludur .
Ümumilikdə, xalq və dövlət ayrılmaz bir halqadır. Xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır

RAMİN LƏTİFOV
QƏBƏLƏ REGİONAL MEŞƏ TƏSƏRRÜFATI MƏRKƏZİNİN DİREKTORU