Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.

Dovlet.Tv-nin məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,05 ABŞ dolları və ya 1% azalaraq 96,61 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.