Azərbaycan ordusunun hərbi qulluqçusu vəfat edib

Azərbaycan ordusunun hərbi qulluqçusu vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Dovlet.Tv xəbər verir ki, bu barədə onun dayısı Vidadi Ordahallı məlumat paylaşıb. O qeyd edib ki, bacısı oğlu Nurəddin Mirzəzadə Kəlbəcərin Zar kəndində hərbi xidmətdə müəmmalı şəraitdə vəfat edib.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Dovlet.Tv-nin sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlu ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.