Azərbaycan Premyer Liqası: Gəncədə tarixi derbi, “Qarabağ” “Sabah”a qarşı
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulacaq.
Dovlet.Tv xəbər verir ki, son oyun günündə iki görüş baş tutacaq.
Günün ilk matçı Gəncədə yerli “Kəpəz”lə “Turan Tovuz” arasında olacaq. Tarixi qərb derbisi azarekşlər tərəfindən xüsusi maraqla gözlənilir. Hazırda meydan sahibləri 8 xalla 9-cu, qonaqlar isə 15 xalla 6-cı pillədə qərarlaşıb.
İki komanda indiyədək ölkə çempionatında bir dəfə qarşılaşıb. Tovuzda baş tutan oyunda yerli kollektiv 2:0 hesablı qələbə qazanıb.
Tura “Sabah” və “Qarabağ” arasında keçiriləcək mərkəzi qarşılaşma ilə yekun vurulacaq. Ağdam təmsilçisi 13 oyundan sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir. Rəqibindən 5 xal geri qalan paytaxt klubu isə ikincidir.
Komandalar bunadək Premyer Liqada 16 dəfə üz-üzə gəliblər. 12 oyun “köhlən atlar”ın qələbəsi, 4 görüş isə heç-heçə ilə başa çatıb. “Sabah” indiyədək rəqibinə qalib gələ bilməyib. Topların nisbətində də Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv aşkar üstündür - 33:8. “Qarabağ” son 9 qarşılaşmada meydanı qolsuz tərk etməyib.
Azərbaycan Premyer Liqası
XIV tur
13 noyabr (bazar)
14:30. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Əli Əliyev
Hakim-inspektor: Munis Abdullayev
Gəncə şəhər stadionu.