Azərbaycan Prezidenti:

Azərbaycan Prezidenti: "Sülh sazişinin mətninin 80-90 faizi razılaşdırılıb"

"Sülh sazişinə gəldikdə, mənə xarici işlər naziri tərəfindən verilən məlumata görə, mətnin 80-90 faizi razılaşdırılıb. Ermənistan həmin o müddəanı və terminologiyanı (Qarabağla bağlı - red.) oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verir".

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.

Amma burada hazırda iki məsələnin açıq qaldığını vurğulayan dövlətimizin başçısı qeyd edib:

"Onlardan biri odur ki, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir. İkincisi, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki bu qrup artıq uzun müddətdir fəaliyyətsizdir".