Azərbaycan Qran-prisi: “Formula-1”də sprint yarışının qalibi məlum oldu

Azərbaycan Qran-prisi: “Formula-1”də sprint yarışının qalibi məlum oldu

2023-cü il Azərbaycan Qran-prisində “Formula-1” üzrə əsas sprint yarışı keçirilib.

Dovlet.Tv xəbər verir ki, 17 dövrənin sonunda “Red Bull” pilotu Serxio Peres qalib olub.

İkinci yeri “Ferrari”dən Şarl Lekler tutub. Peresin komanda yoldaşı Maks Ferstappen isə 3-cü nəticə göstərib.