Azərbaycan Ukraynadan diplomatlarını təxliyə edir - RƏSMİ

Azərbaycan Ukraynadan diplomatlarını təxliyə edir - RƏSMİ

“Mən əməkdaşlarımızın təxliyəsi ilə məşğul olacağam”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bildirib.

Səfir qeyd edib ki, artıq xarici işlər naziri diplomatların ailələrinin və bəzi diplomatların Bakıya təxliyəsinə icazə verib.

Elmira Axundova vurğulayıb ki, səfirlikdə 6 diplomat var, onlardan üçü təxliyə olunacaq.