Azərbaycanda İran agenturasına qarşı “təmizləmə” prosesi başlayır

Azərbaycanda İran agenturasına qarşı “təmizləmə” prosesi başlayır

Tezliklə Azərbaycanda İran agenturasına qarşı “təmizləmə” prosesinə başlanacaq.

“AZfront” “Telegram” kanalı bu barədə etibarlı mənbəyə istinadən məlumat verir.

“Bununla bağlı hazırlıqlar çoxdan başlanmalı idi. Lakin onların ağıllarının başlarına gəlməsi gözlənilirdi. Görünür ki, bunu anlamadılar və bağışlanmayacaqlar. Proses yaxın 10 gün ərzində baş tutacaq”, - deyə mənbə bildirib.

Bu yöndə geniş əməliyyat tədbirlərinin həyata keçiriləcəyi qeyd edilir.