Bakıda gənc oğlan özünü dənizə atıb.
Dovlet.Tv Lent.az-a istinadla xəbər verir ki, hadisə bazar günü Dənizkənarı Milli Parkda qeydə alınıb.
Gənc oğlanın özünü dənizə atdığını görən vətəndaşlar dərhal polisə və FHN-ə məlumat veriblər.
Hadisə yerinə FHN və polis əməkdaşları gəliblər. Həyata keçirilən tədbirlər nəticəsində gənc oğlan sudan çıxarılıb.
Araşdırmalar nəticəsində özünü dənizə atan şəxsin Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Rəsul Vəli oğlu İsmayılov olması müəyyən edilib.
Prokurorluq tərəfindən araşdırma aparılır.