Gənclər və İdman Nazirliyinin tabeliyindəki "Bakı Kristal Zalı" MMC-yə yeni direktor təyin edilib.
"Report"un əldə etdiyi məlumata görə, qurumun yeni direktoru Bahar Dadaşova olub.
O, şirkətin rəhbərliyində Natiq İbrahimovu əvəz edib.
"Bakı Kristal Zalı" 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Obyekt Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə nazirliyin tabeliyinə verilib.
Xatırladaq ki, N.İbrahimov bu vəzifəyə bu ilin mayında təyin edilmişdi.