Bakı metrosunda maşinist qatar idarə edərkən öldü

Bakı metrosunda maşinist qatar idarə edərkən öldü

Bakı metrosunda maşinist iş başında ölüb.

Dovlet.Tv xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də təsərrüfat qatarını idarə edərkən 1958-ci il təvəllüdlü Aydın Kərimlinin qəfildən halı pisləşib və vəfat edib.

İlkin məlumata görə, hadisə dünən “Avtovağzal” metro stansiyasında baş verib.

Faktı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən təsdiq ediblər.