Bakı metrosunda ölüm hadisəsi baş verib.
Metronun “Memar Əcəmi” stansiyasında saat 6:30 radələrində 60-70 yaş arası qadın sərnişin qəfil stansiya yoluna düşüb.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti dəvət olunub. Metropolitenin stansiya növbətçisi və polis əməkdaşı hərəkətsiz vəziyyətdə olan sərnişini stansiya yolundan çıxarıblar. Təcili tibbi yardım personalı ölüm faktını təsdiq edib.