Bakıda avtomobil polis əməkdaşını vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil polis əməkdaşını vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil polis əməkdaşını vurub.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Hövsan qəsəbəsində avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Məmmədov Təmkin Babək oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və sol said sümüklərinin yerdəyişən sınıqları diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatı araşdırılır.