Bakıda DAVA: Gənc oğlan ürəyindən bıçaqlandı

Bakıda DAVA: Gənc oğlan ürəyindən bıçaqlandı

Bakının Nizami rayonunda bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Hüseynov Ziya Cabir oğlu naməlum şəxslərlə dava zamanı ürəyindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 3 nömrəli Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.