Bakıda iki avtomobil toqquşub, ölən var

Bakıda iki avtomobil toqquşub, ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, hadisə Qaradağ rayonu, Xocəsən qəsəbəsində qeydə alınıb.

Qəbələ rayon sakini, 1994-cü il təvəllüdlü Anar Səlimovun idarə etdiyi “Nissan” dönmə əməliyyatını yerinə yetirərkən Abşeron rayon sakini, 1961-ci il təvəllüdlü Muradalı Manafovun idarə etdiyi “Zaporojets” markalı avtomobillə toqquşub. Nəticədə ağır xəsarətlər alan Muradalı Manafov xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.