Bakıda yaşayış binasında güclü partlayış olub, ölən var

Bakıda yaşayış binasında güclü partlayış olub, ölən var

Binəqədi rayonunda yaşayış binasında güclü partlayış olub.

Dovlet.Tv-nin məlumatına görə, hadisə Cavadxan küçəsində baş verib.

Hadisə nəticəsində ölən olduğu ehtimal edilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə xidmətinin müvafiq qüvvələri cəlb olunublar.
“İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər həlak olub”.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə isə “112” qaynar telefon xəttinə Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması barədə ilkin məlumat daxil olub:

“Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. İlkin məlumata əsasən, partlayış nəticəsində yanğın hadisəsi baş verməyib. Əlavə məlumat veriləcək”.