Bakıda yüksək sürət qəzaya səbəb oldu, ölən var

Bakıda yüksək sürət qəzaya səbəb oldu, ölən var

Bakının Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə saat 17:00 radələrində marketin qarşısında olub. Yüksək sürətlə hərəkət edən “Chevrolet” markalı avtomobil yolun kənarındakı maşına çırpılıb. Nəticədə yol kənarındakı avtomobilin sürücüsü hadisə yerində həlak olub.

Qeyd edək ki, “Chevrolet” markalı avtomobilin sürücüsü qadın olub.