Biləsuvarda avtomobillə mikroavtobus toqquşub: İki nəfər ölüb, 13 nəfər yaralanıb

Biləsuvarda avtomobillə mikroavtobus toqquşub: İki nəfər ölüb, 13 nəfər yaralanıb

Bu səhər Biləsuvar rayonunda iki nəfərin ölümü, 13 nəfərin yaralanması ilə nəticələnən hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun, Biləsuvar rayonunun Xırmandalı - Hacıqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

BMW markalı avtomobillə “Mercedes” markalı mikroavtobus toqquşub.

Hadisə yerində 2 nəfər dünyasını dəyişib, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Əlavə məlumat veriləcək.