Biz xalqımıza,dövlətimizə layiqincə xidmət etməkdən qürur duyuruq.

Biz xalqımıza,dövlətimizə layiqincə xidmət etməkdən qürur duyuruq.

Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin yönəltdiyi siyasət nəticəsində Azərbaycanın işğalda olan torpaqları 44 gün ərzində azad edilmişdir.
Sentyabrın 27-də başlamış ll Qarabağ müharibəsi 10 noyabr Ermənistan Respublikasının sülh müqaviləsini imzalaması ilə başa çatmışdır.
Müharibə zamanı
,Azərbaycan 5 şəhəri,4 qəsəbəsini,256 kəndi və Azərbaycan-İran Sərhəddini işğaldan azad etdi.
Qarşıdurmalar təxminən saat 06:00 da sentyabrın 21-si 2020 ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində başladı. Döyüşə ilk girən isə 87-ci Motoatıcı alayın Motoatıcı tağımı oldu. Ermənistan isə bunun ardınca hərbi vəziyyət və ümumi səfərbərlik elan etdi.
Azərbaycan isə hərbi vəziyyət,komendant saatı və qismən səfərbərlik elan etdi.Türkiyə,bu dəstəyin dərəcəsi mübahisəli olsada,Azərbaycana hərbi dəstək verdi. Dost ölkə olan Türkiyənin iştirakının,münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsrini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür.


Ekspertlər döyüşün Azərbaycan bölgəsi əhatəsindən başladığınə, və əsas məqsədin Ermənistan Respublikası tərəfindən işğal altında olan Azərbaycan torpaqlarını işğaldan azad etmək olduğunu iddia edirlər.

Il Qarabağ müharibəsi pilotsuz təyyarələrin,sensorların, ağır artilleriyanın və raket zəbrələrinin istifadəsi habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu.
Bir çox ölkələr və BMT-ı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və sülh ilə sonlana biləcək,mənalı danışıqları davam etdirməyə çağırdı.


Azərbaycan Respublikasının 30 il işığalda qalmış ,Dağlıq Qarabağın ən böyük ikinci şəhəri olan Şuşanın işğaldan azad edilməsindən sonra İlham Əliyev, ( Rusiya Federasiyasının prezidenti) Vladimir Putin və( Ermənistan Respublikasının Prezdenti) Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il saat 00:00-dan (UTC+3) etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzaladı.
Arayik Harutyunyan da döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzaladı.
Müqaviləyə əsasən,Azərbaycan müharibə zamanı işğaldan azad etdiyi ərazilərə nəzarəti əlində saxladı. Ermənistan isə işğal altında olan digər əraziləri Azərbaycana geri qaytardı. Azərbaycan, həmçinin Türkiyə və İranla həmsərhəd olan Naxçıvana dəhliz əldə etdi. Sülhməramlı olaraq,təxminən 2000 rus əsgəri,Ermənistan və Dağlıq Qarabağ arasında Laçın dəhlizi boyunca ən azı 5 il müddətinə yerləşdirildi.

ƏZİZ ƏZİZOV

SURAXANI RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞCISI