Çavuşoğlu: “Ceyhun qardaşımın ayağı uğurlu oldu, bu gün azərbaycanlı xilasedicilər üç nəfəri sağ çıxartdılar”

Çavuşoğlu: “Ceyhun qardaşımın ayağı uğurlu oldu, bu gün azərbaycanlı xilasedicilər üç nəfəri sağ çıxartdılar”

“Azərbaycandan Türkiyənin yardıma gələn heyət 900 nəfərdir. Amma bilirəm ki, Azərbaycandan hər kəs könüllü olaraq bura gəlmək istəyir”.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.

“Xilasetmə işləri davam edir. Bir az öncə qardaşım Ceyhunla azərbaycanlı xilasediciləri ziyarət etdik. Qardaşımın ayağı uğurlu gəldi. Bu gün azərbaycanlı qardaşlarımızın xilasetmə işləri nəticəsində iki uşağı dağıntılar altından sağ çıxardılar. Həmin uşaqların qardaşlarından da xəbər olduğunu dedilər. Bir az öncə o da sağ çıxarıldı. Əməyi olan hər kəsdən Allah razı olsun”.

Eləcə də M.Çavuşoğlu bildirib ki, zəlzələdən sonra Türkiyəyə ilk səfər edən də Ceyhun Bayramov olub:

“Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra mənə ilk zəng edən də, Türkiyəyə ilk səfər edən də məhz qardaşım Ceyhun Bayramov oldu”.

Onun sözlərinə görə, bundan əvvəl baş verən hadisələrdə - Antalya və Muğla şəhərində baş verən yanğınlarda da olduğu kimi, imdadımıza ilk çatan ölkə can Azərbaycan oldu:

“Bu, bir millət olduğumuzun, eyni zamanda sevincimizin və kədərimizin eyni olmasının göstəricisidir”.