Cəbrayılın 3 məntəqəsinin və Xudafərin körpüsünün işğaldan azad edilməsindən iki il keçir

Cəbrayılın 3 məntəqəsinin və Xudafərin körpüsünün işğaldan azad edilməsindən iki il keçir

Bu gün bir neçə ərazinin Ermənistanın işğalından azad edilməsindən iki il keçir.

Dovlet.Tv xatırladır ki, 44 günlük Vətən müharibəsində, oktyabrın 18-də Azərbaycan ordusu Cəbrayıl istiqamətində yeni qələbələr qazanıb.

Belə ki, oktyabrın 18-də Cəbrayılın Hacılı, Hacı İsaqlı kəndləri və Xudafərin qəsəbələri işğaldan təmizlənib.

Həmin gün Xudafərin körpüsü də azad edilərək onun üzərində Azərbaycan bayrağı qaldırılıb.