Cem Yılmaz təqaüdə çıxdı, aldığı məbləği açıqladı

Cem Yılmaz təqaüdə çıxdı, aldığı məbləği açıqladı

Türkiyənin məşhur komediya ustası Cem Yılmaz sosial media hesabından pensiyaya çıxdığını açıqlayıb.

“1988-ci ildə başlayan iş həyatımın sonuna gəldim. İndi Bağ-Kurdan təqaüdə çıxdım, ilk pensiyamı aldım. 12 min 680 TL. Sağ ol həyat, çox xoşbəxtəm. Ciddi görüşmək istəyən təqaüdçülərlə görüşəcəm”, - o qeyd edib.