Duman səbəbindən Bakıya qayıdan təyyarə yenidən Naxçıvana yola düşüb

Duman səbəbindən Bakıya qayıdan təyyarə yenidən Naxçıvana yola düşüb

“Azərbaycan Hava Yolları”nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisi saat 13:07-də Naxçıvana yola düşüb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, sözügedən təyyarə əlverişsiz hava səbəbindən hava limanına qayıtmaq məcburiyyətində qalmışdı.