Ərdoğan Qazaxıstana uçdu: Putin və Lukaşenko ilə təkbətək görüşü olacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasına qatılmaq üçün bu gün səhər saatlarında Qazaxıstanın paytaxtı Astanaya səfərə yola düşüb.
Səfərdə Türkiyə prezidentini xarici işlər naziri Mövlud Çavuşoğlu, ticarət naziri Mehmet Muş, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu və rabitə direktoru Fahrettin Altun müşayiət edirlər.
Qeyd olunur ki, Ərdoğan Astanaya səfərinin ilk günündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək, ardınca Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasına qatılacaq.
Səfərin ikinci günündə isə Türkiyə prezidentinin əvvəl belaruslu həmkarı Aleksandr Lukaşenko ilə, daha sonra isə Rusiya lideri Vladimir Putinlə təkbətək görüşü gözlənilir.