Ərdoğan: “Qazaxıstanda əmin-amanlığı dəstəkləməyə davam edəcəyik”

Ərdoğan: “Qazaxıstanda əmin-amanlığı dəstəkləməyə davam edəcəyik”

“Qazaxıstanda əmin-amanlığı dəstəkləməyə davam edəcəyik”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfəri çərçivəsində mətbuat konfransı zamanı bildirib.

Ərdoğan Qazaxıstanda olmaqdan məmnunluq duyduğunu ifadə edib.

“Dəvətə cavab olaraq ata-baba yurdumuz Qazaxıstanda olmaqdan məmnunluq duyuram. Biz dost və qardaş ölkələrimiz arasında münasibətlərimizin bütün aspektlərini dəyərləndirdik.

Münasibətlərimizin bu yüksək səviyyəsi xalqlarımız arasında ortaq tarixi və mədəni əlaqələrindən qaynaqlanır. Aramızdakı əməkdaşlıq bu gücü daha da artırır. Qazaxıstanın müstəqillik əldə etdikdən sonra qazandığı nailiyyətlər bizim üçün qürurvericidir. Biz Qazaxıstanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındayıq. Bundan sonra da qardaş Qazaxıstanda sülh və əmin-amanlığı dəstəkləməyə davam edəcəyik. Dünən olduğu kimi, bu gün də yan-yanayıq, bir yerdəyik”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Mənbə: Hürriyet