Ermənilərin avtomobili sülhməramlıların zirehli maşını ilə toqquşdu - FOTO
Xankəndidən Şuşaya çıxan yolda Rusiyanın zirehli transportyoru ermənilərin idarə etdiyi “Mercedes”ə çırpılıb.
Bu barədə “Caliber” məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Müxtəlif bədən xəsarətləri alan 35 yaşlı N.X. xəstəxanaya yerləşdirilib.
Sülhməramlıların həmin ərazidə yolu bağladığı qeyd olunub.
