Ermənistan silahlı qüvvələri döyüş PUA-ları tətbiq edib: Ordumuz cavab tədbirləri görür

Ermənistan silahlı qüvvələri döyüş PUA-ları tətbiq edib: Ordumuz cavab tədbirləri görür

Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.


Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 


Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.


Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.


Bildirilib ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.