Ermənistan-Türkiyə sərhədində nəzarət-buraxılış məntəqəsi istismara hazırdır

Ermənistan-Türkiyə sərhədində nəzarət-buraxılış məntəqəsi istismara hazırdır

Ermənistan-Türkiyə sərhədində yerləşən “Marqara” sərhəd-buraxılış məntəqəsi istismara hazırdır.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib.

“Marqara” sərhəd-buraxılış məntəqəsi istismara hazırdır. Ermənistan tərəfi üçüncü ölkə vətəndaşları, həmçinin diplomatik pasportu olan şəxslər üçün sərhədin açılması ilə bağlı Türkiyədən müsbət siqnallar gözləyir”, - deyə nazirlikdən qeyd edilib.