Fatma Səttarova II Fəxri xiyabanda dəfn edilib

Fatma Səttarova II Fəxri xiyabanda dəfn edilib

Azərbaycanın görkəmli ictimai xadimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Səttarova dəfn olunub.

"Report"un məlumatına görə, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Qeyd edək ki, Fatma Səttarova 102 yaşında dünyasını dəyişib.

"İstiqlal" ordenli F.Səttarova həm də Prezident təqaüdçüsü idi.