Gəncədə sürücü 72 yaşlı qadının ölümünə səbəb oldu

Gəncədə sürücü 72 yaşlı qadının ölümünə səbəb oldu

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Hərəkətdə olan “Niva” markalı avtomobil 1950-ci il təvəllüdlü Nəhayət Bayramovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.