“Haber Global”: “Bütün dünyanın gözü Zəngilanda” - VİDEO

“Haber Global”: “Bütün dünyanın gözü Zəngilanda” - VİDEO

Bu gün Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

Türkiyənin nüfuzlu “Haber Global” kanalında Zəngilan aeroportunun açılışına həsr edilmiş veriliş yayımlanıb.

Verilişin qonağı olan Türkiyənin təhlükəsizlik üzrə tanınmış eksperti Abdullah Ağar çıxışının əvvəlində ermənilərin 30 ilə yaxın müddət ərzində işğal altında olmuş Azərbaycan ərazilərinin istismar olunduğu diqqət çəkib:

“Azərbaycan müharibənin fəsadlarını aradan qaldırmaqla bərabər, Şuşa başda olmaqla Qarabağın bütün şəhərlərini dirçəltməklə məşğul olur. Bu mənada Zəngilanda Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bölgənin mühüm kommunikasiya mərkəzinə çevrilməsinə xidmət edəcək”.

Daha ətraflı süjetdə: