Hacıqabulda baş verən ağır qəzada ölənlərin adları AÇIQLANDI

Hacıqabulda baş verən ağır qəzada ölənlərin adları AÇIQLANDI

Bakı-Qazax magistralının Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verən qəzada ölənlərin adı bəlli olub.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verib.

Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Rza Firdovsi oğlu Rzayevin idarə etdiyi KIA markalı minik avtomobili yol kənarında dayanan “Mercedes-Benz” markalı yük maşını (TIR) ilə toqquşub. Nəticədə sürücü və avtomobildə olan sərnişin Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Amir Arif oğlu Məmmədov hadisə yerində ölüblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Hacıqabul YMX-nin xilasediciləri cəlb olunub. Xüsusi avadanlığın köməyi ilə avtomobildə sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.