Hindistanda 14 yaşlı oğlan onlayn oyuna görə intihar etdi
Hindistanın Mumbay şəhərində yaşayan 14 yaşlı yeniyetmə davamlı olaraq “Garena Free Fire” döyüş oyunu oynayıb.
Polisin məlumatına görə, həftəsonu oğlan oyun asılılığının qurbanı olub.
Bazar günü valideynləri səfərdə olarkən yeniyetmə atasına zəng edib. Kişi yolda olduğu üçün dərhal cavab verə bilməyib. Bir neçə dəqiqədən sonra geri zəng edən ata oğlundan cavab ala bilməyib.
Valideynlər evə qayıdanda onun otağının bağlı olduğunu görüblər. Ata qapını təpiklə sındırmaq məcburiyyətində qalıb və artıq gec olduğunu anlayıb.
Qeyd olunur ki, həm valideynlər, həm də məktəb müəllimləri oğlanda heç vaxt asılılıq əlamətlərinin olmadığını bildiriblər.
Hadisənin dəqiq səbəbləri bəlli olmasa da, hazırda polis bu istiqamətdə iş aparır.