İbrahim Kalın: “44 günlük müharibə nəticəsində 30 illik bir problem həll olundu”

İbrahim Kalın: “44 günlük müharibə nəticəsində 30 illik bir problem həll olundu”

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Türkiyə İxracatçılar Məclisinin (TİM) təşkil etdiyi “Cümhuriyyətimizin 100-cü ildönümünə doğru geosiyasi çağırışlar və imkanlar” mövzusundakı konfransa qatılıb.

Tədbirdəki çıxışı zamanı o, Qarabağ məsələsinə də toxunub.

Kalın bildirib ki, ötən ilə qədər bu problemin nizamlanmasına dair heç kimin dəqiq təsəvvürü olmadığı bir halda, 30 illik münaqişə 44 gün ərzində öz həllini tapıb.

“Heç kimin gözləmədiyi bir hadisə oldu. 10 il əvvəl “Türkiyə ilə Azərbaycan 44 gün kimi qısa zamanda bir araya gələcək və Qarabağın azadlığını təmin edəcək”, - desəydilər, yəqin ki, hamımız buna şübhə ilə yanaşardıq. Elə bir fürsət və şərait yarandı ki, Qafqazın ən fundamental məsələsi həll olundu”, - deyə prezidentin sözçüsü bəyan edib.

Kalın artıq Türk Hava Yollarının İrəvana uçuşlara başladığını, 30 il sonra Türkiyə və Ermənistan arasında normallaşma prosesinin getdiyini xatırladıb.

Mənbə: “Haber Global”