İlham Əliyev idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI

İlham Əliyev idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxsləri fəxri ad, fəxri diplom və medallarla təltif edib.

Bu barədə Prezident.az məlumat verib.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər Prezidentin müvafiq Sərəncamları ilə təltif olunurlar:

“Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə:

Əliyev Vaqif Hüseynağa oğlu

Hüseynov Nazim Qalib oğlu.

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə:

İsayev Xəzər Ağali oğlu

Meftahəddinova Zemfira Əli qızı

Rəhimov Nazir Həzrətqulu oğlu

Şabanova Rəfiqə Mahmud qızı.

“Tərəqqi” medalı ilə:

Fərzəliyev Murad Qoçu oğlu

Kərimov Mehman Bayram oğlu.