İlham Əliyev və Vladimir Putin Astanada Azərbaycan və Ermənistan münasibətlərini müzakirə edəcəklər

İlham Əliyev və Vladimir Putin Astanada Azərbaycan və Ermənistan münasibətlərini müzakirə edəcəklər

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Astanada keçiriləcək görüşdə Bakı ilə İrəvan arasında münasibətləri müzakirə edəcəklər.

Bu barədə çərşənbə günü jurnalistlərə Rusiya Federasiyası liderinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Biz Azərbaycanla əlaqələri yüksək qiymətləndiririk. Təbii ki, biz təkcə ikitərəfli məsələlər deyil, həm də Azərbaycan - Ermənistan münasibətlərindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparmağa hazırıq”, - Uşakov bildirib.

Kreml nümayəndəsi vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinin şəxsi vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmalar Bakı ilə İrəvan arasında münasibətlərin sabitləşməsi üçün əsasdır.

“Biz görürük ki, qeyri-regional oyunçular, xüsusən də Avropa İttifaqı və ABŞ bu işə qarışmağa çalışırlar, lakin onlar əsasən bizim nailiyyətlərimizdən istifadə edirlər. Bizim ən fəal iştirakımızla 2020 və 2021-ci illərdə fundamental razılaşmalar əldə olunub”, - Uşakov vurğulayıb.

Rusiya Federasiyası prezidentinin köməkçisinin sözlərinə görə, Moskva növbəti sammitin üçtərəfli formatda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilməsini təklif etmək niyyətindədir.

“Ümid edirik ki, çox yaxın gələcəkdə bu sammitin keçirilmə tarixlərini razılaşdıra biləcəyik”, - Uşakov əlavə edib.

Mənbə: TASS