İngiltərədə illər öncə görünən qorxulu varlıq yenidən peyda oldu: insanlar təşvişə düşdü - FOTO

İngiltərədə illər öncə görünən qorxulu varlıq yenidən peyda oldu: insanlar təşvişə düşdü - FOTO

İngiltərədə ilk dəfə 1980-ci ildə meşədə görünən qorxulu varlıq 42 il sonra yenidən peyda olub.

Əksər insanların inandığı varlıqla bağlı yeni məlumatlar ortaya çıxıb. Belə ki, onun görüntüsünü əks etdirən foto narahatlıq yaradıb.

İngilislərin irəli sürdüyü iddiaya görə, meşədə yaşayan və gözlərinin altı qara olduğu üçün “Qara gözlü uşaq” adlandırılan varlıq ilk dəfə 1980-ci ildə insanlar arasında çaxnaşma salıb.

Müxtəlif sirr dolu hadisələrin araşdırılması ilə məşğul olan, ruhlar üzrə tanınmış mütəxəssis Li Brikli bildirib ki, “Qara gözlü uşaq” yenidən peyda olub və Staffordşirdə meşədə düşərgə salan Kayli Drakeford və Ben Tilli adlı iki gənci qorxudub.

Bu qorxulu məxluqun gerçək olduğuna inananlarla yanaşı bunun hekayə və əfsanə olduğunu düşünənlər də var. Bəziləri isə uşağın hansısa təcrübə çərçivəsində meşədə həbs edildiyini iddia edir. Digərləri isə bu fikirdədir ki, “Qara gözlü uşaq” bəşəriyyəti xəbərdar etmək üçün gəlib və başqa ölkələrdə də peyda ola bilər.

Qeyd edilir ki, bu qorxunc uşağın indiyədək heç bir fiziki hücumuna rast gəlinməyib.

Mənbə: Haber Global

İngiltərədə illər öncə görünən qorxulu varlıq yenidən peyda oldu: insanlar təşvişə düşdü - FOTO