İrəvanı tərk edən idmançılarımızın Vətənə dönəcəkləri vaxt bəlli oldu

İrəvanı tərk edən idmançılarımızın Vətənə dönəcəkləri vaxt bəlli oldu

İrəvandakı təxribatdan sonra Ermənistanı tərk edən ağır atletlərimiz artıq Gürcüstandadırlar.

Bu barədə məlumatı Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev verib.

Onun sözlərinə görə, komandamız Ermənistanı avtobusla tərk edərək Gürcüstana daxil olub.

“Komandamızı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21:20-də onları Vətənə çatdıracaq”, - Q.Mehdiyev deyib.