İsmayıllıda 24 yaşlı oğlan tüfənglə özünü öldürüb

İsmayıllıda 24 yaşlı oğlan tüfənglə özünü öldürüb

Bu gün İsmayıllı rayonunun Talıstan kəndində intihar hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakini, 1999-cu il təvəllüdlü Musayev Məhəmməd Mütəllim oğlu yaşadığı evdə ov tüfəngindən özünə atəş açıb.

Baş nahiyəsindən güllə yarası alan M.Musayev hadisə yerində dünyasını dəyişib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
M.Musayevin özünə qəsd etməsinin səbəbi hələlik bilinmir.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.