Kahramanmaraşda 5,1 maqnitudalı zəlzələ olub

Kahramanmaraşda 5,1 maqnitudalı zəlzələ olub

Türkiyənin Kahramanmaraş vilayətinin Göksun rayonunda 5,1 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

12 km dərinlikdə baş verən zəlzələ Adıyaman, Qaziantep və ətraf vilayətlərdə hiss olunub.

Evlərinə ciddi ziyan dəymiş vətəndaşlara mənzillərinə girməmək barədə xəbərdarlıq olunub.