Kəlbəcərdə altı nəfər minaya düşdü: Ölən və yaralananlar var

Kəlbəcərdə altı nəfər minaya düşdü: Ölən və yaralananlar var

Kəlbəcər rayonunda 6 nəfər minaya düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

Kəlbəcərdə mina partlayışı zamanı 4 mülki şəxsdən əlavə 2 nəfər hərbçi də minaya düşüb.

Minaya düşən hərbçilərdən biri şəhid olub

“Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər”, - DİN-in məlumatında bildirilib.