Kreml Putinin Əliyev və Paşinyanla görüşünün baş tutacağına ümid edir
Kreml Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün baş tutacağını gözləyir.
Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bəyan edib.
Bununla belə, o, danışıqların gözlənilən vaxtını və yerini açıqlamayıb.
“Belə bir üçtərəfli görüş hazırlanır, onun baş tutacağına ümid edirik. Zamanı və məkanı uyğun məqamda müəyyənləşdirəcəyik”, - deyə Kreml sözçüsü bildirib.