Laçın dəhlizinə alternativ yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA

Laçın dəhlizinə alternativ yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA

“Tarixən Ermənistan Respublikasından Azərbaycanın rayonlarına gedən avtomobil yolu Laçın şəhərinin mərkəzindən keçib. Hazırda da Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqəsinin olması üçün həmin yol istifadəyə verildi. Həmin yol Laçın dəhlizi deyil, Azərbaycanın tarixi yoludur”.

Dövlət TV xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin birbaşa hərəkətini təmin etmək üçün Laçın şəhərindən yan keçən avtomobil yolu çəkilir:

“Hazırda ermənilərin Laçın şəhərinə daxil olaraq hərəkət edirlər. Laçından keçmədən çəkilən alternativ yoldan həm ermənilər, həm də biz istifadə edəcəyik. Həmin yol Laçının 6 kəndini birləşdirəcək.

Sözügedən alternativ 28 km olan yolun artıq 17 km-i çəkilib, Həkəri çayı üzəri də bir körpü də tikilib. Cari ilin iyul ayına qədər istifadəyə veriləcək”.